n2006

n2006 Mətbəx 3-06-2023, 13:00

İspanaqlı kroketi belə hazırlayın

İspanaqlı kroketi belə hazırlayın
bu gün sizə ispanaqlı kroketin hazırlanma qaydasını təqdim edəcəyik.



İnqrediyentlər

1.5 st düyü

250 qram sürtgəcdən keçirilmiş ağ pendir

2 ədəd yumurta

1 diş sarımsaq

2 ç.q. limon qabığı

2 sapalaq göy soğan

250 qram ispanaq

2-3 saplaq şüyüd

1 ədəd yumurta(qızartma üçün)

2 stəkan çörək qırıntısı(suxarik)

150 qram yağ



Hazırlanma mərhələsi

Düyü təmizlənir, yuyulur, qaynadılır və suyu süzülürək geniş bir qaba tökülür. Sürtgəcdən keçirilmiş pendir, yumurta, xırda doğranmış ispanaq, əzilmiş sarımsaq, limon qabığı, xırda doğranmış şüyüd və soğan düyünün üzərinə əlavə olunub qarışdırılır. İçlikdən hissələr ayrılır, sosis formasında kroketlər düzəlir. Özlərini tutması üçün bir az saxlanılır. Qızartmaq üçün kroketlər əvvəlcə yumurtaya, sonra suxarikə batırılır və tavada əridilmiş yağda qızardılır. Artıq yağı salfetlə alındıqdan sonra servis edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 452 423 427 388 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.