ice berg

ice berg Məşhurlar 3-06-2023, 21:21

"Aylarla mənə 101 gül göndərirdi" - Çiçək

"Aylarla mənə 101 gül göndərirdi" - Çiçək
Çiçək ləqəbli radio və televiziya aparıcısı Şəhla Vakkas ən yadda qalan sevgi etirafından danışıb, hətta onu bəylərin yalnız gözəl musiqiylə təəccübləndirə biləcəyini bildirib.

Sun.aZ yazır ki, sənətçi "Fəlidən doğru xəbər" proqramının qonağı olarkən danışıb:

"Aylarla bir nəfər mənə hər gün 101 gül göndərirdi. 101 gülün yanında da oyuncağı olurdu. Evə aparmırdım, işdə qoyurdum. Həmin şəxsi üzdən də tanımırdım. Bir gün xəbər göndərdi ki, məni görmək istəyir. Məndə dedim ki, heç kəs məni görə bilməz. Məndə həmin vaxtlar özümə bir stil seçmişdim ki, üzdən heç kəs məni görə bilməz. Hamı deyirdi ki, bir bu qızın üzünü görərdik".

Daha sonra onu təəccübləndirməyin çətin olduğunu da vurğulayıb:

"Məni təəccübləndirmək asan bir iş deyil. Çünki mənə şeirlər, mahnılar yazılıb. Ona görə məni təəccübləndirmək çox çətindir. Məni yalnız çox gözəl musiqi təəccübləndirə bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 398 330 308 366 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.