Bu qidalar dişləri möhkəmlədir
Bəyaz və sağlam dişlərə sahib olmaq hər kəsin arzusudur. Bunun üçün erkən yaşlardan dişlərin qeydinə qalmaq lazımdır.
Sun.aZ gündəlik qidalanmaya daxil edərək dişləri qoruyan faydalı qidaları təqdim edir
Süd
Çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur. Kalsium baxımından çox əhəmiyyətlidir.
Uşaqlarda dişlərin inkişafına çox yardımçı olan bu qida D vitamini və kalsiumla zəngindir.
Portağal və sitrus bitkiləri
C vitamini ilə bol olan bu qidalar dişin sərt təbəqəsini gücləndirir, dişləri turşulara qarşı qoruyur, diş əti iltihabının qarşısını alır, birləşdirici toxumanı gücləndirir, diş ətlərinin sağlam
qalmasını təmin edir.
Çiyələk
Təbii diş ağardıcı bu qida C vitamini ilə zəngin olub diş əti sağlamlığını qoruyur.
Su
Ağzın içində yuyucu təsiri əvəzolunmazdır və tüpürcək səviyyəsini yüksək saxlayır.
Brokoli
Antioksidant xüsusiyyəti ilə deyil, dişləri turşuluqdan qoruyan xüsusiyyəti ilə tanınır. Diş minası üzərində müdafiə qalxanı əmələ gətirir.
Küncüt toxumu
Dişlərdə bakteriyaların əmələ gəlməsini azaldır və bu səbəbdən də diş əti sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.
Badam və quru meyvələr
Ağızda təmizləyici təsirə malik olub diş əti üzərində ərp təbəqəsinin yaranmasının qarşısını alır. Diş əti sağlamlığı üçün əhəmiyyətlidir.
Adaçayı (sürvə)
Bu təbii məhsulla diş fırçalamaq və qarqara etmək ağız sağlamlığı baxımından çox önəmlidir.







