KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 9-06-2023, 17:35

"Məni sevib qalsaydın"

"Məni sevib qalsaydın"
Ölkənin ilk uşaq kanalı "ARB Günəş" yeni layihəyə imza atıb. Layihə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunub.
"Məni sevib qalsaydın" adlı mahnının ifaçıları Azərbaycan və Özbəkistan Respubliklarının xalq artisti Gülyanaq Məmmədova və qardaş ölkənin mədəniyyət və turizm naziri, xalq artisti Ozodbek Nazarbekovdur.
Qeyd edək ki, bu hər iki ölkənin xalq artisti, sevilən sənətçi Gülyanaq Məmmədovanın özbək dilində ifasının lentə alındığı ilk ekran işidir. Layihə Özbəkistan Respublikasındakı Səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Mahnının sözlərinin müəllifi Botir Erqaşev, bəstəkarı Musahon Nurmatovdur. Rolları istedadlı və gənc aktrisalar Günəş Tegin, Könül Cəfərzadə və özbək aktyor Farrux Yusupov canlandırıb. Klipin quruluşçu rejissoru Vüsal Məmmədov, baş prodüseri "Oscar Film Production"un rəhbəri və ölkənin ilk milli videoplatforması olan "Metaflix"in qurucusu Yaşar Əhmədov, layihənin rəhbəri, ideya və ssenari müəllifi "ARB Günəş" televiziyasının direktoru Məhsim Məhsimovdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 425 427 422 358 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.