KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 9-06-2023, 18:20

Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan "Möhtəşəm türk qızı" kimdir?

Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan "Möhtəşəm türk qızı" kimdir?
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankının sədri vəzifəsinə Hafize Qaye Erkanı təyin edib.

Loading.aZ'ın məlumatına görə, ABŞ-də "Möhtəşəm türk qızı" adı ilə tanınan Erkanın həyatı hamı üçün maraq doğurur.

Əvvəlcə ondan başlayaq ki, Hafize Qaye Erkan Türkiyə tarixində ilk dəfə Mərkəzi Banka təyin olunan qadın rəhbərdir. Buna qədər həmin postu əks cinsin nümayəndələri daşıyıb.

1982-ci il təvəllüdlü Erkan İstanbul Erkek Liseyini ikinci, Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini birinciliklə bitirdikdən sonra tam təqaüdlə Birləşmiş Ştatlara yollanıb. .

Ona Stanford, Prinston, Boston və Kaliforniya da daxil olmaqla 9 universitetdən təqaüd təklifi gəlib. Lakin Erkan Prinstonu seçib.

Beləliklə, hər il cəmi 2 nəfərə verilən "Fəxri doktorluq" təqaüdü müqabilində Erkan həmin təhsil ocağı ilə əməkdaşlığa başlayıb. Ona həmçiin yaşamaq üçün ev, ayda 3200 dollar cib xərci və ABŞ Milli Elmlər Akademiyası tərəfindən araşdırma aparmaq üçün limitsiz büdcə verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 373 366 334 352 368

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.