ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 10-06-2023, 08:00

Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Odessa vilayətinə hücum edib, ölən və yaralananlar var
Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Loading.Az xəbər verir ki, bu barədə "Report" Ukraynanın "Cənub" Əməliyyat Komandanlığının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün "Şahed-131/136" PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

"50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb", - açıqlamada bildirilir.

Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.

UNİAN isə hücum zamanı 12 nəfərin yaralandığını xəbər verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 274 283 301 333 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.