ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 10-06-2023, 19:22

İqlim istiləşməsində rekord göstərici

İqlim istiləşməsində rekord göstərici
Lids Universitetinin alimləri iqlim istiləşməsinin rekord göstəricisini qeydə alıblar. Belə ki, temperatur 2013-2022-ci illər ərzində 0,2 dərəcədən çox artıb. Araşdırmanın nəticələri "Earth System Science Data" jurnalında dərc olunub.

Loading.az xəbər verir ki, Dünyanın 50 aparıcı ekspertinin apardığı araşdırma göstərir ki, iqlimlə bağlı tədbirlərin tempi və miqyası qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün yetərli deyil. Son onillikdə karbon qazının (CO2) orta illik emissiyası bütün zamanların ən yüksək həddinə 54 milyard ton və ya onun digər qazlardakı ekvivalentinə - hər saniyə təxminən 1,7 min tona çatıb.

Bundan başqa, 2000-ci ildən bəri quruda temperaturun sürətlə artması müşahidə olunur. Son on ildə temperatur minilliyin birinci onilliyi ilə (1,22 dərəcə Selsi) müqayisədə yarım dərəcədən çox (sənayeləşmədən əvvəlki dövrdən 1,72 dərəcə yuxarı) yüksəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 332 316 268 284 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.