ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 10-06-2023, 19:44

Qohumunun maşınını oğurladı, Quba yolunda tutuldu

Qohumunun maşınını oğurladı, Quba yolunda tutuldu
Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.

Loading.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla vətəndaşın mobil telefonunu və nəqliyyat vasitəsinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 288 285 263 379 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.