ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 11-06-2023, 15:00

Biləsuvarda 3 gün əvvəl bıçaqlanan 54 yaşlı kişi xəstəxanada ölüb

Biləsuvarda 3 gün əvvəl bıçaqlanan 54 yaşlı kişi xəstəxanada ölüb
Biləsuvarda 3 gün əvvəl bıçaqlanan 54 yaşlı kişi xəstəxanada ölüb.

Loading.Az bildirir ki, iyunun 8-də saat 16:35 radələrində qarının ön divarının, ətrafların çoxsaylı və döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilən Biləsuvar rayonu Nəsimi kənd sakini Almasov Azad Xeyrulla oğlu həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən tarixdə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinə daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.

Sonra E. Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görüb oradan qaçıb.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Almasov Azad Xeyrulla oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
274 282 250 331 259 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.