Yadplanetlilər bizdən ağıllıdırmı?
Filmlərdə, kitablarda və video oyunlarda yadplanetlilər çox vaxt yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri olurlar və öz qabiliyyətlərinə görə insanlardan xeyli üstün göstərilirlər.
Doğrudanmı belə olacaq? Kembric Universitetinin zooloqu və müəllimi Arik Kerşenbaum deyir ki, bu hələ də aydın deyil.
Biz adətən yadplanetlilərin bizdən daha ağıllı olduqlarını güman edirik. Təbii ki, hər hansı bir yad planetdə çox müxtəlif həyat növləri ilə qarşılaşacağıq, bəzi canlılar daha ağıllı, bəziləri isə daha şüursuz olacaq.
Biz texnoloji inkişafın lap başlanğıcındayıq və buna görə də qarşılaşdığımız yadplanetli sivilizasiyanın inkişafda bizdən öndə olacağı ehtimalı yüksəkdir.