Azer2

Azer2 İdman 14-06-2023, 10:04

Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı

Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı
Çempionlar Liqasında 2023/2024 mövsümünün ilkin mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbir İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilib. Bununla da ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

“Atletik Ekaldes” (Andorra) - “Buduçnost” (Monteneqro)

“Tre Penne” (San Marino) - “Breydablik" (İslandiya)


Yarımfinal görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq. İlkin mərhələnin hər cütü və final 1 oyundan ibarətdir. Bütün matçlar İslandiyada keçiriləcək.

Mərhələnin qalibi 1-ci təsnifat mərhələsinə yüksələcək və "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 493 353 434 405 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.