n2006

n2006 Ana və uşaq 15-06-2023, 08:00

Övladınıza ingilis dilini evdə necə öyrədə bilərsiniz?

Övladınıza ingilis dilini evdə necə öyrədə bilərsiniz?
Xarici dil biliyi hər bir uşağın gələcək inkişafında önəmli rol oynayır. Bəs xarici dili uşağa hansı yaşdan öyrətmək lazımdır? Tədqiqatlar göstərir ki, uşaqlar aşağı yaşlarından nə qədər müxtəlif xarici dillərlə tanış olarlarsa, böyük yaşlarında bu dilləri daha asan və yaxşı öyrənirlər. Ona görə də, siz özünüz hər hansı bir xarici dili yaxşı bilmirsizsə, bu problem deyil. Övladınızla birlikdə bu dili öyrənməyə başlaya bilərsiniz. Bu mərhələdə ən önəmli məsələ sizin dil öyrənməyə olan münasibətinizin övladınıza olan müsbət təsiridir. Valideynlərin hər hansı məsələni öyrənməsi, uşaqlar üçün gözəl və uzunmüddətli nümunədir.
İngilis dilini evdə öyrənmək üçün ən yaxşı veb resurslardan biri Britaniya Şurası tərəfindən hazırlanmışdır. Dil öyrətməyə gəldikdə tələsməyin, səbirli olun. Uşağın birdən-birə ingilis dilində sərbəst danışacağını gözləməyin, unutmayın ki, siz bunu övladınızda uzun müddətdə öyrənmə vərdişləri formalaşdırmaq üçün edirsiniz.

İngilis dilini aşağıdakı üsullarla övladınıza öyrədə bilərsiniz:

Müxtəlif oyunlar oynamaqla – Yaddaş kartlarından istifadə etməklə
İngilis dilində hekayələr oxumaqla –
Mahnılara qulaq asmaq, onları birlikdə ifa etməklə yeni sözləri övladınıza öyrədə bilərsiniz.
Sadə qrammatik qaydaları da övladınıza öyrədə bilərsiniz.
İlk olaraq birlikdə aşağıdakıları öyrənməklə başlaya bilərsiniz:

ədədlər (1-10, 10-20, 20-100)
rənglər
sifət sözlər (böyük, balaca, uzun və s.)
bədən üzvləri
oyuncaq adları
geyim
heyvan adları
qida-ərzaq adları
Unutmayın, bu işdə əsas uğurunuz ingilis dilini öyrənmək və ya öyrətmək deyil, övladınızda öyrənməyə həvəs yaratmaq, ona öyrənməyi öyrətmək və sevdirməkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 525 408 430 424 431

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.