ice berg

ice berg Sağlamlıq 19-06-2023, 08:00

Günəşdən necə qorunmaq lazımdır?

Günəşdən necə qorunmaq lazımdır?
Uzun müddət günəşə məruz qalmaq təkcə günəş yanığı deyil, həm də günvurma və ya istilik vurmasına səbəb ola bilər. Tibb elmləri namizədi nevroloq Yekaterina Demyanovska günvurmadan qorunmağın yollarını açıqlayıb.

Loading.aZ'ın xarici mətbuata istinadən verdiyi məlumata görə, həkim bildirir ki, günün qızmar saatlarında sərin otaqlarda qalmağa üstünlük vermək lazımdır.

Onun sözlərinə görə, əgər bunun qarşısını almaq mümkün deyilsə, özünüzü mümkün qədər qorumalısınız:

“Günəşdən qorunmaq üçün papaq və gün eynəyi taxın. Boş, açıq rəngli paltarlar seçin və bədənin açıq nahiyələrinə SPF 30-50 olan günəşdən qoruyucu krem çəkin. Bacardığınız qədər kölgədə qalın. Evdə kondisioneri və ya ventilyatoru işə sala, daha tez-tez sərin duş qəbul edə yaxud bədəninizi nəm dəsmal ilə silə bilərsiniz. Bu cür havalarda kifayət qədər maye qəbul etmək çox vacibdir. İstidə insan soyuq havaya nisbətən daha çox tərləyir və daha çox maye itirir. Ən yaxşısı qazsız suya üstünlük verməkdir. Susuzluğunuzu mineral su, limonlu çay və ya meyvə içkisi ilə yatıra bilərsiniz”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 321 309 315 296 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.