Azer2

Azer2 İdman 19-06-2023, 10:45

Millətlər Liqasının qalibi bilindi

Millətlər Liqasının qalibi bilindi
Bu gün UEFA Millətlər Liqasında final oyunu keçirilib.

Qol.az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. İspaniya millisi penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib. Bununla da, onlar tarixlərində ilk dəfə olaraq turnirin qalibi adına yiyələniblər.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İtaliya Niderlandı 3:2 hesabı ilə məğlub edib.

18 iyun

UEFA Millətlər Liqası

"Dördlər finalı"

Final

22:45 Xorvatiya - İspaniya - 0:0 (penaltilər seriyası - 4:5)

Üçüncü yer uğrunda görüş

17:00 Niderland - İtaliya - 2:3

Qollar: Dimarko, 6 (0:1), Frattesi, 29 (0:2), Berqviyn, 68 (1:2), Kyeza, 72 (1:3), Veynaldum, 89 (2:3)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 479 432 471 389 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.