ice berg

ice berg Xəbərlər 20-06-2023, 19:00

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabah Azərbaycanda yay fəsli başlayacaq
2023-cü ildə yay fəsli Azərbaycana 21 iyun saat 18:57-də daxil olacaq.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, həmin gün Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə, Cənub yarımkürəsində isə əksinə olaraq ən qısa gündüz və ən uzun gecə olur. Sonra gündüzün uzunluğu azalmağa başlayır və Günəş zenitdə getdikcə cənuba doğru yerini dəyişir. Yay günəş duruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73⁰.1) qalxır.

Qeyd edək ki, Bakı üçün 21 iyunda gündüzün uzunluğu 15 saat 3 dəq 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq 36 san olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 358 258 330 283 327

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.