ice berg

ice berg Maraqlı 21-06-2023, 14:00

Leonardo da Vinçinin əsərində dünyanın sonu proqnozlaşdırılıb?

Leonardo da Vinçinin əsərində dünyanın sonu proqnozlaşdırılıb?
Leonardo da Vinçinin məşhur tablosunda dünyanın sonu ilə bağlı proqnoz tapılıb.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, sənətçi insanların qəzəbindən qorunmaq üçün bu məlumatı gizlətsə də, ipuclarını buraxıb.

Əfsanəvi italyan rəssamı Leonardo da Vinçinin rəsmləri sirlərlə örtüldüyü üçün dünyanın hər yerindən mütəxəssislər tərəfindən diqqətlə araşdırılır. Sforza Qalisiya tədqiqatçılarından biri iddia edir ki, rəssam İsa Məsihin şagirdləri ilə son yeməyini əks etdirən “Son Şam yeməyi” tablosunda dünyanın sonunun tarixini bilib və şifrələyib.

Qadının dediyinə görə, Leonardo da Vinçi koddan həqiqətən istifadə edib. Ancaq bu Dan Braunun kitabında təsvir ediləndən fərqlidir. O, rəssamın fransalı XIII Lüdovikə verdiyi orijinal eskizlərdən ərsəyə gətirdiyi rəsm əsərini təhlil edib və rəssamın qoyduğu izlərin Məsihin pəncərəsində gizləndiyinə əmin olub.

Sforza Qalisiya iddia edir ki, italyan rəssam dünyanın sonunun 21 mart 4006-cı ildə baş verəcəyini proqnozlaşdırıb. Amma insanları narahat etməmək üçün bu məlumatı gizlədib.

Ömrünün sonunda bu mövzu ilə çox maraqlandığı üçün o, kataklizm səhnələrini öz işlərində təsvir edib. Xüsusən də fəlakətli tufanı ətraflı araşdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 355 336 357 352 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.