ice berg

ice berg Sağlamlıq 20-06-2023, 20:23

Bu mətbəx vasitəsi sağlamlıq üçün təhlükəlidir

Bu mətbəx vasitəsi sağlamlıq üçün təhlükəlidir
Mütəxəssislər sağlamlıq üçün ciddi təhlükə yaradan mətbəx vasitəsini açıqlayıblar.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, əksər evdar qadınlar ət, balıq və ya tərəvəz yeməkləri hazırlamaq üçün alüminium folqadan istifadə edirlər. Lakin mütəxəssislər bu cür yeməyin təhlükəli hesab edirlər.

Alüminium folqa bir çox yeməklərin hazırlanmasını çox asanlaşdırır, onların yanmasının qarşısını alır və düzgün qızartmağa kömək edir. Bununla belə, mütəxəssislərin fikrincə, alüminiumun bir hissəsi məhsullara daxil olur və bu, insan sağlamlığı üçün təhlükəli ola bilər.

Alimlərin fikrincə, alüminium təkcə folqa içərisində deyil, həm də qida qablaşdırmasında, kosmetikada, torpaqda, suda və müxtəlif məhsullarda, o cümlədən meyvə, tərəvəz, ət, balıq, taxıl və süd məhsullarında tapılır.

Araşdırmalar göstərir ki, qırmızı ətin folqa içində qızardılması qidalardakı alüminium miqdarını 378 faiz artıra bilər.

Həkimlər yüksək alüminium səviyyəsini Alzheimer xəstəliyi və ya xərçənglə əlaqələndirirlər. Bunu nəzərə alaraq, alüminiumun istifadəsini minimuma endirmək daha yaxşıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 442 369 388 338 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.