n2006

n2006 Xəbərlər 21-06-2023, 16:01

Almaniya Ukraynaya 381 milyon avroluq yeni humanitar yardım paketini elan edib

Almaniya Ukraynaya 381 milyon avroluq yeni humanitar yardım paketini elan edib
Almaniya Ukraynaya 381 milyon avroluq yeni humanitar yardım paketini elan edib.

LoaDinG.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Londonda Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni humanitar yardım paketinin həcmi 381 milyon avro dəyərindədir: “Bu yardım generatorlar, çadırlar və digər avadanlıqlara sərf olunacaq”.

Nazir bildirib ki, Almaniya minatəmizləmə işində Ukraynaya yardımı davam etdirəcək.

A.Berbok xatırladıb ki, Almaniya artıq Ukraynaya 16,8 milyard avro dəstək verib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 337 314 338 322 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.