n2006

n2006 Dəri və saç 21-06-2023, 17:15

Saçları yağlı olanlar MÜTLƏQ OXUSUN

Saçları yağlı olanlar MÜTLƏQ OXUSUN
Saçları yağlı olanlar müəyyən pəhrizə əməl etməlidirlər. Yemək təzə hazırlanmış, zülal və minerallarla zəngin olmalıdır. Yağsızlaşdırılmış süd məhsulları (kefir, qatıq, asidofilin, kəsmik və s.) də xeyirli hesab olunur. Meyvə və tərəvəzlər (xüsusən də kələm və çuğundur), maş, lobya, balıq, yağsız ət, sıyıqlar (düyü, yulaf, qarabaşaq və s.) da vacib hesab edilən qidalardır. Qeyd edilən bütün bu qidaların tərkibində silisium, kükürd, sink, dəmir, kobalt, mis və digər kimyəvi elementlər vardır ki, onlar da, orqanizmdə maddələr mübadiləsinin normal şəkildə getməsi üçün çox vacib hesab edilirlər.
Yağlı qidalar, konservləşdirilmiş və hisə verilmiş məhsullar, müxtəlif şorabalar, kəskin yeməklər, ədviyyatlar (qıtığotu, xardal, istiot), qəhvə və s. bu kimi məhsulların qəbul edilməsi məsləhət görülmür. Şokolad, yağlı xəmir məhsulları, ağ çörək, şəkər, heyvani piylərin qəbul edilməsini isə kəskin məhdudlaşdırmaq lazımdır. Bundan başqa, bütün orqanizmin sağlamlığı kimi, saçların da sağlamlığı üçün fiziki hərəkətlər, idmanla məşğul olmaq, təmiz havada gəzintilər də çox vacib hesab olunur. Fiziki hərəkətlər qan dövranını, maddələr mübadiləsini normallaşdırır, orqanizmdə yağların mənimsənməsini yaxşılaşdırır. Günəş şüaları saçları çox yaxşı yağsızlaşdırır, amma bu zaman müəyyən hədlərə də riayət etmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
583 499 431 495 515 504

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.