n2006

n2006 Mətbəx 22-06-2023, 19:19

Dietik borş necə hazırlanır?

Dietik borş necə hazırlanır?
Tərkibi:

toyuq filesi – 200 qr

kələm – 500 qr

qırmızı çuğundur – 1 ədəd

kartof – 3 ədəd

pomidor – 2 ədəd

baş soğan – 1 ədəd

kök – 1 ədəd

10%-li xama

duz, istiot – bir çimdik



Hazırlanma qaydası:

Çuğundur və kökü folqaya büküb, sobada 30 dəqiqə bişirin. Xırda kubik formasında doğranmış toyuq filesini 2 litr suda qaynadın. Kartofu təmizləyib kubik kimi, kələmi isə xırda-xırda doğrayın. Onları toyuq olan qazana əlavə edin. Pomidor və soğanın qabığını soyub doğrayın. Ayrı tavada bişirin. Bulyona qatdığımız kartof yumşaldıqda kök, çuğundur və soğanla pomidoru qazana tökün. Duz və istiotlayın.Beş dəqiqə bişdikdən sonra qazın üstündən götürün. Süfrəyə verdikdə istəyə görə boşqaba xama əlavə edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
503 499 512 487 520 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.