weher uwagi

weher uwagi Maraqlı 23-06-2023, 09:32

"Hang" nədir?

"Hang" nədir?
Hang – 2 metallik yarımsferanın birləşməsindən ibarət zərb alətidir. Alət, 2000-ci ildə İsverçrənin Bern şəhərində Feliks Roner və Sabina Şerer (PANArt şirkəti) tərəfindən polad karib nağarasının və dünyanın hər yerindən bir çox digər rezonanslı zərb alətlərinin: qonq, ənənəvi indoneziya orkestri – qamelana, qatama, nağaralar, zənglər, musiqi mişarının uzun illər öyrənilməsi nəticəsində işlənib hazırlamışdır. Hang adı, onu hazırlayan sənətkarların söz oyunu ilə şərtlənib, lakin rəsmən alman dilinin bern dialektində “əl” sözü ilə əlaqəli olması hesab edilir. Bu musiqi alətinin adı, qeydə alınmış ticarət markasıdır.

Bu alətdə möhtəşəm bir ifanın canlı şahidi olmanız üçün sizə iki musiqiçi Danny Cudd (İngiltərə) & Markus Johansson (İsveç) tərəfindən təqdim olunan “Once again” (“Bir daha”) adlı musiqi əsərini dinləməyi tövsiyə edirəm.


Alətin insanı uzaqlara apardığının və Tanrının insana bəxş etdiyi istedadın nələrə gətirib çıxaracağının şahidi olacaqsınız. Buyurun, istirahət edin...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 450 406 426 411 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.