ice berg

ice berg İdman 24-06-2023, 10:30

Klub Konfrans Liqasında iştirakdan məhrum edildi

Klub Konfrans Liqasında iştirakdan məhrum edildi
UEFA “Osasuna”nın 2023/2024-cü illər mövsümündə Konfrans Liqasında iştirakını dayandırıb.

Loading.aZ xəbər verir ki, bu barədə cümə günü “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

Mövsümün sonunda “Osasuna” İspaniya çempionatının turnir cədvəlində yeddinci yeri tutaraq, Konfrans Liqasında oynamaq hüququ qazanıb. İyunun 7-də “Mundo Deportivo” qəzeti UEFA-nın “Osasuna”ya qarşı 2012/2013-cü və 2013/2014-cü illər mövsümlərində danışılmış oyunlarda iştirak etdiyinə görə iş açdığını yazıb. Klubun prezidenti də daxil olmaqla, İdarə heyətinin üzvləri mənimsəmə, sənədlərin saxtalaşdırılması və korrupsiya ilə bağlı cinayətlərdə ittiham olunur.

Klubun mətbuat xidməti UEFA-nın qərarı ilə razılaşmadıqlarını və cəzanın qaldırılması üçün etiraz edəcəklərini bildiriblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 367 339 357 310 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.