HASANLY

HASANLY Xəbərlər 25-06-2023, 20:27

Azərbaycan bankları bayram günlərində işləyəcək

Azərbaycan bankları bayram günlərində işləyəcək
Azərbaycanda 26 iyun - 2 iyul qeyri-iş günlərində bankların filial və şöbələri, valyuta mübadiləsi məntəqələri və “Azərpoçt” MMC-nin bəzi şöbələri fəaliyyət göstərəcək.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
“Bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 121 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 105 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək”, - deyə AMB bəyan edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 312 242 329 304 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.