ice berg

ice berg Sağlamlıq 13-06-2023, 19:03

Erkən ölümün səbəbi barədə araşdırmanın nəticələri AÇIQLANDI

Erkən ölümün səbəbi barədə araşdırmanın nəticələri AÇIQLANDI
Tənhalıq və sosial təcrid ömür müddətini əhəmiyyətli dərəcədə azalda və bir çox ölümcül xəstəliklərə səbəb ola bilər.

Bu barədə Xabrin Tibb Universitetinin (Çin) alimləri xəbərdarlıq ediblər. Onların araşdırması "Nature Human Behavior" jurnalında dərc olunub.

Həkimlər dünyanın hər yerindən 2,2 milyondan çox insanın iştirak etdiyi 90 tədqiqatın məlumatlarını öyrəniblər. Məlum olub ki, sosial cəhətdən təcrid olunduğunu və ya tez-tez tənha hiss etdiyini bildirən xəstələrin xərçəng də daxil olmaqla hər hansı bir səbəbdən daha erkən ölmə ehtimalı daha yüksəkdir.

Mütəxəssislərin fikrincə, bu, belə insanların sağlam qidalanma və aktiv həyat tərzinə daha az riayət etmələri ilə əlaqədardır.

Bundan əlavə, sosial izolyasiya iltihab və zəifləmiş immunitet sistemi ilə əlaqələndirilib. Alimlərin fikrincə, sosial əlaqələrin az olması səbəbindən belə xəstələrin keyfiyyətli və vaxtında tibbi yardım alması ehtimalı azdır.

Alimlər vurğulayıblar ki, tədqiqatlar yüksək gəlirli ölkələrdə aparılıb, buna görə də nəticələr daha az varlı ölkələr üçün düzgün olmaya bilər.

Mütəxəssislər tənha insanlara məxsusluq hissini gücləndirmək üçün sosial və ictimai qruplarda iştirak etməyi, həmçinin sosial şəbəkələrdən həddindən artıq istifadədən çəkinməyi tövsiyə ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
340 339 287 253 274 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.