sonsuz_sevgi

sonsuz_sevgi Məsləhətlər 27-06-2023, 21:30

Evdəki milçəklərdən necə qurtulmalı?

Evdəki milçəklərdən necə qurtulmalı?
Otağa dolmağa çalışan milçəkləri qovmaq yayın ən zəhlətökən problemlərindən biridir. Hamımız yaxşı bilirik ki, bir çox dərman şirkətləri milçəkləri məhv edən müxtəlif cihazlar və vasitlər təklif edir. Təəssüf ki, onlar insan, xüsusilə uşaq sağlamlığına mənfi istiqamətdə təsirlər göstərə bilir.

Bu yazıda oxucuları milçəkləri evdən qovmağın təbii və zərərsiz üsulu ilə tanış edirik.


Evinizə ağcaqanad və milçək girməsini istəmirsinizsə, spirtli sudan istifadə edin. Onunla həşəratları həqiqətən uzaqlaşdırmaq olar. Daim bir yerdə toplaşmağa meylli olan milçəklər üçün bu, ən təsirli yoldur.

Milçəklər spesefik qoxuya malik olan spirtə qarşı dözümlü deyil. Spirti şəffaf qabların, paketlərin içərisinə yerləşdirib qapı önünə, pəncərə önünə və ya hər hansı işıqlı yerə qoyun.

Şəffaf paketlər günəş işığının qırılmasına və prizmalar yaranmasına səbəb olacaq. Bu optik təsir sayəsində uçan milçəklər həm qoxudan, həm də işıqdan uzaqlaşmağa çalışacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 421 351 394 481 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.