ice berg

ice berg İdman 28-06-2023, 20:40

"Qarabağ" "Reyncers"dən ayrılan hücumçu ilə maraqlanır

"Qarabağ" "Reyncers"dən ayrılan hücumçu ilə maraqlanır
"Qarabağ" transfer çalışmalarını davam etdirir. Azərbaycan çempionunun adı daha bir əcnəbi futbolçu ilə birgə hallanır.

"LoaDinG.aZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı hücumçu Alfredo Morelos karyerasını ölkəmizdə davam etdirə bilər.

"Sun" nəşri Ağdam klubunun 27 yaşlı futbolçu ilə danışıq apardığını iddia edib.

Morelos 2017-ci ildən formasını geyindiyi "Reyncers"lə müqaviləsi başa çatdığı üçün Şotlandiya klubundan ayrılıb və hazırda azad agentdir.

Məqalədə bildirilir ki, cəmi iki il əvvəl "Lill" klubunun Morelosun transferi üçün 16 milyon funt sterlinqlik təklifini şotlandlar qəbul etməmişdilər.

Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən bəri Kolumbiya yığmasının heyətində 11 oyun keçirib, aktivinə 1 qol yazdırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 355 322 410 359 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.