ice berg

ice berg Sağlamlıq 29-06-2023, 10:40

Bu qidalar qaraciyəri təmizləyir – Su, sarımsaq...

Bu qidalar qaraciyəri təmizləyir – Su, sarımsaq...
Bəzi qidalar həyati orqanlardan toksinləri çıxarmağa kömək edir. Mütəxəssislər bildirir ki, qaraciyərə qulluq etmək vacibdir. Çünki o, bədəndə iki vacib funksiyanı yerinə yetirir - detoksifikasiya və öd əmələ gəlməsi. Zülal, yağ və karbohidrat mübadiləsi onun işinin keyfiyyətindən asılıdır.

Bəs, hansı qidalar qaraciyəri toksinlərdən təmizləyir?

Loading.aZ xəbər verir ki, qaraciyərə qulluq etmək üçün qazsız adi su içmək kifayətdir. Səhərinizi onunla başlamaq məsləhətdir. Bildirilir ki, bir dilim limonla bir stəkan ilıq su əlavə fermentlər istehsal olunduğundan qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Sarımsaq təkcə qaraciyəri təmizləmir, həm də qoruduğu üçün arabir istehlak etmək də faydalıdır. Yeməklərə zerdeçal əlavə etməkdən çəkinməyin. Çünki bu ədviyyat öd istehsalını artırır, bu da öz növbəsində bədəndən toksinləri çıxarır. Bundan əlavə, zerdeçal qaraciyər hüceyrələrinin bərpasını stimullaşdırır.

Həmçinin kişniş qaraciyərə zərər verən ağır metalları bədəndən çıxarır. Almalar iltihabi proseslərin qarşısını alır və bədəni zərərli maddələrin yığılmasından təmizləyir.

Avokado qaraciyəri toksinlərdən qoruyur. Çuğundur öd yollarını zədələnmədən qoruyur, buna görə yuxarıda göstərilənlərin hamısını diyetə əlavə etmək tövsiyə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 352 365 422 379 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.