Depressiyanın yaşı yoxdur
Depressiya adi əhval dəyişikliyindən və gündəlik həyatda yaranan problemlərə qısa müddətli emosional reaksiyalardan fərqlidir.
Kədər və depressiya bir-birinə bənzəsələr də depressiya kədər kimi deyil. İnsanı kədərli edən səbəblər haqqında danışmaq asandır.
Depressiya isə izaholunmazdır, insanı səssizləşdirə bilər.
Bəs görəsən depressiyanın yaşı varmı?
İnsanlar hansı yaşda depressiyaya düşürlər?
LoaDinG.aZ olaraq bu sualları Psixoloq Günel Kərimovaya ünvanladıq.
Günel xanım bildirdi ki, Depressiyanın yaşı yoxdur.
Onun sözlərinə görə "Depressiyanın əlamətləri yeniyetməliyin istənilən çağında yarana bilər və bu, yuxuya, iştahaya, çəkiyə öz mənfi təsirini göstərir.
Belə vaxtlarda insan özünü çarəsiz, ümidsiz, dəyərsiz və məyus hiss edə bilər.
Diqqəti cəmləmək və yaddaşla bağlı problemlər, intihara meyillilik və təşəbbüs halları, özünü cəmiyyətdən təcrid etmək, həmçinin tibbin izah edə bilmədiyi digər əlamətlər də depressiyaya daxildir.
Həkimlər depressiya diaqnozunu qoymazdan öncə, adətən, həftələrlə davam edən və insanın həyatının gedişatına mane olan bir qrup əlamətin olub-olmadığını nəzərə alırlar.
Çətin və ya stressli hadisələr zamanı, o cümlədən, yaxın ailə üzvünün xəstələnməsi və ya vəfatı ilə əlaqədar özünü qəmli hiss etmək və ya ümidini kəsmiş, ruhdan düşmüş olmaq normal hal kimi qarşılanır.
Lakin bəzən bu kədərli hisslər uzun müddət davam edir və gündəlik həyat tərzinə müdaxilə etməyə başlayir.
Bu zaman əhval-ruhiyyənin aşağı olması depressiya adlandırdığımız xəstəliyin yaranmasına gətirib çıxarır."