ice berg

ice berg İdman 2-07-2023, 11:00

PSJ, "Mançester Yunayted" və "Bavariya" bu hücumçu uğrunda yarışır - FOTO

PSJ, "Mançester Yunayted" və "Bavariya" bu hücumçu uğrunda yarışır - FOTO
PSJ-nin sahibi Nasser Əl-Xelaifi “Tottenhem”in hücumçusu Harri Keynin atası və qardaşı ilə görüş keçirib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Paris klubu 29 yaşlı hücumçu ilə müqavilə imzalamaq istəyir. Müqaviləni tezliklə komandaya rəhbərlik edəcək Luis Enrike də təsdiqləyib.

Məlumata görə, ingilis futbolçunu transfer etmək istəyən əsas favorit “Bavariya”dır. Keynin klubda karyera qurmaq arzusunu ifadə etdiyi bildirilir. Keyn “Mançester Yunayted”lə də maraqlanır.

Keyn “Tottenhem”in yetirməsidir. O, London komandasının heyətində 435 matçda 280 qol vurub və 64 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 403 424 386 366 444

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.