ice berg

ice berg Sağlamlıq 7-07-2023, 20:00

Yatmazdan əvvəl diş fırçalamamaq ürək xəstəliyi riskini artıra bilər

Yatmazdan əvvəl diş fırçalamamaq ürək xəstəliyi riskini artıra bilər
Yaponiyada aparılan araşdırmalar göstərib ki, yatmazdan əvvəl dişləri fırçalamamaq ürək xəstəliyi riskini artırır.

Loading.aZ xarici KİV- ə istinadən bildirir ki, araşdırma çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitet Xəstəxanasında yatan xəstələr arasından 1675-i seçilib.

İştirakçılar dişlərini gündə iki dəfə - səhər və axşam fırçalayanlar, yalnız gecə dişlərini fırçalayanlar, yalnız səhər dişlərini fırçalayanlar və ümumiyyətlə dişlərini fırçalamayanlar olaraq dörd qrupa bölünüblər.


Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə tarixini də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydlərini dörd müstəqil tədqiqatçı retrospektiv olaraq nəzərdən keçirib.

Araşdırma ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahi əməliyyat tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənib.

Dişlərini gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanlarla müqüayisədə ürək-damar xəstəliklərindən sağ qalma (təxmin edilən) nisbətləri, ümumiyyətlə, fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək olub.

Araşdırmanın nəticələri dişləri yalnız səhər fırçalamağın qeyri-kafi və gecə fırçalamanın sağlamlıq üçün əhəmiyyətli olduğunu ortaya çıxarıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
370 426 353 351 328 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.