ice berg

ice berg İslam Dini 7-07-2023, 18:00

Allahdan özünə ölüm istəmək günahdırmı?

Allahdan özünə ölüm istəmək günahdırmı?
Bəşəriyyəti yaradan, insanlara həyat bəxş edən və onların canını alan Allahdır. Hər kəsin əcəli Allahın lazım bildiyi an gəlib-çatır. Özü üçün Allahdan ölüm istəmək möminə yaraşan hərəkət deyil. Ümumiyyətlə, İslam dini insanları dünyaya bağlanmamağa çağırsa da, dünyaya tam arxa çevirməyi də düzgün sayımır. Dünya həyatı bizə öz vəzifələrimizi layiqincə yerinə yetirmək, imtahanlardan üzüağ çıxmaq, insanlara fayda verən işlərlə məşğul olmaq, özümüzdən sonra xeyir izlər qoymaq üçün lazımdır. Unutmayaq ki, biz öz axirətimizi bu dünyada qazanırıq. Mömin həyatdan küsməməli, ömrünü Allah istəyən tərzdə yaşamalıdır. İnsan öldükdən sonra əməl dəftəri bağlanar, artıq heç bir ibadət etmək, xeyir əməl edib savab qazanmaq imkanı qalmaz. Buna görə ölülərin ruhları peşman olar, bir daha dünyaya qayıdıb savablarını artıqmaq istəyərlər, amma bu mümkün olmaz. Ona görə də bu dünyada bizə verilmiş ömür payından səmərəli şəkildə istifadə etməli, həyatdan bizarlıq etməməliyik. Allahın verdiyi həyat nemətinə naşükürlük etmək Allahın narazaılığına səbəb olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 533 572 494 573 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.