ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 7-07-2023, 09:35

Hava proqnozu Ermənistanı belə qorxuya saldı - FOTO

Hava proqnozu Ermənistanı belə qorxuya saldı - FOTO
"Bakı televiziyasının efirində gedən hava proqnozunda Ermənistan Respublikası, o cümlədən paytaxt İrəvan Azərbaycan kimi təqdim olunur".

Sun.Az bildirir ki, bu barədə Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan özünün Twitter səhifəsində paylaşım edib.

Göründüyü kimi, Ermənistan artıq Azərbaycan efirində gedən bir hava proqnozundan vəlvələyə düşüb. 30 il qaçqın həyatı yaşayanların, evindən didərgin düşənlərin ağrı-acısını anlamaqda çətinlik çəkən bu insani duyğulardan xəbərsiz toplum indi bunu düşmənçilik olaraq sırımağa çalışır. Biz 30 il sonra da olsa, vətənimizə qayıtdıq. Sizin isə dönəcək bir vətəniniz belə yoxdur, yalnız itirəcəkləriniz var.

Xatırladaq ki, Ermənistanın Ekologiya Nazirliyi illərdir ki, Azərbaycan ərazisi olan Qarabağdakı hava durumu barədə gündəlik məlumatlar dərc edir. Bu məlumatlarda yeganə dəyişiklik odur ki, son vaxtlar "artsax" sözünü "Dağlıq Qarabağ"la əvəz ediblər.

İrəvan isə Azərbaycanın klassik torpağı, vətənimizin bir parçasıdır. Biz hələlik İrəvanımızın hava durumu barədə məlumatlar yayırıq. Gün gələcək, bu gözəl Vətən torpağı düşmənlərdın təmizlənəcək və biz İrəvandan reportajlar yayacağıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 304 296 268 302 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.