ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Maraqlı 7-07-2023, 09:45

Yer Günəşdən ən uzaq məsafədən keçib

Yer Günəşdən ən uzaq məsafədən keçib
Bu gün saat 00:07-də Yer öz orbitinin afelisindən keçib. Nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşıb.

Loading.Az xəbər verir ki, bu haqda Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu məsafənin qiyməti 152 098 232 km-ə bərabərdir. Bu zaman Günəş diskinin də görünən ölçüsü ~3% kiçilərək minimal (31′31″) qiymət alıb.

Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.

Qeyd edək ki, Yer bu il perihelidən 4 yanvar saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub.


Yer Günəşdən ən uzaq məsafədən keçib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 422 430 422 410 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.