ice berg

ice berg Maraqlı 8-07-2023, 22:00

Kəpənək qalstuklarının tarixçəsi

Kəpənək qalstuklarının tarixçəsi
Kəpənək-qalstuklarının tarixi təqribən XVII əsrdə Xorvatiyadan başlayır. Burada bu aksesuardan hərbiçilər və muzdlu əsgərlər istifadə edirdi.

Öz ilkin variantında kəpənək qalstukları qalstuka bənzəyir və qalstuk kimi yaxalığın üzərindən bağlanırdı. Bu iki aksesuar demək olar ki, eyni kökə malikdir.

Fransız şahının qəbullarının birində yüksək təbəqənin nümayəndələri bu xorvat aksesuarını çox yüksək qiymətləndirmiş və onu həvəslə qəbul etmişdilər. Xüsusi ilə də, Fransa o zaman dəb sahəsində bütün dünyanı qabaqlayırdı.

Beləliklə də, iki yeni kişi aksesuarı yarandı: qalstuk və kəpənək-qalstukları. Əsrlər boyunca kəpənək-qalstukları rəsmi və mərasim dres-kodlarının ayrılmaz hissəsi olub.

XX əsrin əvvəllərində kəpənək-qalstukları hər bir təbəqəyə aid olan insanların geyiminin əsas hissəsinə çevrilir. II Dünya Müharibəsindən sonra kəpənək-qalstukları öz məşhurluğunu itirsə də, bu gün də rəsmi geyimin bir hissəsi olaraq qalmaqdadı.

Kəpənək-qalstulaklarının tarixində ən uğurlu dövr kimi son 3-5 ili göstərmək olar.

Kəpənək-qalstukları öz əvvəlki məşhurluğunu bərpa etməkdədi. Siz həmçinin taxtadan hazırlanmış kəpənək-qalstuklarını da geyinə bilərsiniz.

Bu gün siz işə, şənliyə, hətta dostlarla görüşə gedən insanların geyimində bu aksesuarı görə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
544 484 477 418 459 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.