ice berg

ice berg Ana və uşaq 10-07-2023, 11:00

Saç yemək, dodaq dişləmək, barmaqla oynamq...- Valideyn nələrə diqqət etməlidir?

Saç yemək, dodaq dişləmək, barmaqla oynamq...- Valideyn nələrə diqqət etməlidir?
Uşaqlarda valideynləri narahat edən bir neçə vərdiş var. Məsələn, barmaqla oynamaq, saç yemək, dodaqları dişləmək, dırnaq yemə, boğaz təmizləmək, barmaq sourmaq və.s. Bütün bunlar sadəcə bir vərdiş deyil.

Loading.aZ bildirir ki, uşaqlarda bu tip obesif hərəkətlər varsa, valideynlər bundan narahat olmalıdır. Bu uşaqların psixoloji vəziyyətindəki gərginlik, narahatçılıqdan olmasından xəbər verir. Adətən ata-ana övladının yanında mübahisə edəndə, sevdiyi heyvan vəfat edərsə, ata-ana ayrılarsa uşaqlar daxili gərginliklərini bu cür ifadə edirlər.

Bu vərdişlərə görə uşağı cəzalandırmaq doğru qərar deyil. Stressin səbəbini bilib, onu aradan qaldırmaq lazımdır. Bunun üçün ilk olaraq uşaqla söhbət edilməli, vaxtlı-vaxtında yuxu rejiminə nəzarət olunmalı, günlük rutinlər edilməlidir. Məsələn, övladınızla açıq havada gəzə bilər, onunla birlikdə kitab oxuyub, oyunlar oynamaqla bu kimi vərdişi aradan qaldırmağa cəhd edə bilərsiniz.

Qeyd edək ki, uşaq 24 ay ərzində stressi bu cür göstərir. Valideynlər psixoloqdan dəstək almazsa, gələcəkdə daha riskli vəziyyət yarana bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
414 509 453 406 341 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.