KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 11-07-2023, 15:30

MN-nin Poliklinikasının keçmiş həkimi məhkəməyə niyə müraciər edib?

MN-nin Poliklinikasının keçmiş həkimi məhkəməyə niyə müraciər edib?
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının sabiq həkim-mütəxəssisi Natəvan Məmmədova yenidən işinə bərpa olunmaq istəyir.

Loading.aZ'ın məlumatına görə, Natəvan Məmmədova Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında işinə yenidən bərpa olunmasını və əmək haqqını tələb edir.

O, bununla bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə hakim Günay Axundovanın sədrliyi ilə baxılacaq.

Ötən ilin aprel ayında aparılan araşdırma nəticəsində məlum olub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədova həmin poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib. Həkim cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talayıb.

İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilib, Natavan Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilib.

Hazırda isə o, azadlıqdadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 322 309 355 296 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.