ice berg

ice berg İdman 12-07-2023, 07:00

Bu bombardiri yalnız PSJ ala bilər - FOTO

Bu bombardiri yalnız PSJ ala bilər - FOTO
“Napoli”nin prezidenti Aurelio De Laurentis bildirib ki, komandanın hücumçusu Viktor Osimeni yalnız PSJ ala bilər.

Loading.aZ xarici KİV-ə istinadla bildirir ki, Laurentis sözlərinə belə davam edib:

“Viktor Osimheni ödəyə biləcək yeganə klub Paris Sen-Jermendir. PSJ prezidenti Nasser Al-Xaleifi təxminən 200 milyon avro təklif etmək istəsə... gözləyəcəyik və nə olacağını görəcəyik”.

Osimhen “Napoli” ilə birlikdə 2022/2023 mövsümündə İtaliya çempionu olub və Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Portal Transfermarkt, hücumçunun dəyərini 120 milyon avro olaraq qiymətləndirir. Osimhenin Napoli ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, hücumçu 2022/2023 mövsümünün A seriyasının bombardiridir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
417 375 377 393 361 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.