ice berg

ice berg İslam Dini 12-07-2023, 17:00

Namaz qılan zaman hansı növ geyimlər bəyənilən və bəyənilməyən sayılır?

Namaz qılan zaman hansı növ geyimlər bəyənilən və bəyənilməyən sayılır?
Şəriətə görə namaz qılan zaman geyim sarıdan bəzi qaydalara riayət etmək lazımdır. Namaz qılan şəxsin geyiminə qarşı qoyulmuş tələblər şəriət kitablarında ətraflı qeyd edilib. Bu tələblərin bir hissəsi vacib, bir hissəsi haram qismindədir. Bəzi şərtlər isə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməyən) sayılır. Məsələn, müstəhəbdir ki, namaz qılan insan əba və ya ağ paltar geyinsin, başına əmmamə və ya başqa baş geyimi qoysun. Namaz üçün özünün ən təmiz və səliqəli paltarını seçmək, saç-saqqalı daramaq, üst-başı səliqəyə salmaq da savabdır. Yaxşı olar ki, namazdan əvvəl insan xoş ətir vursun, barmağına əqiq qaşı olan üzük taxsın. Əksinə, bəyənilməyən şərtlərə isə bunları aid etmək olar: namaz zamanı qara rəngli, çirkin, dar paltar geyinmək məkruhdur. Günahkar insanın (məsələn, əyyaş şəxsin, murdar-təmiz şərtlərinə riayət etməyən adamın) libasını geyinmək də bəyənilmir. Paltarın düymələrini açıq saxlamaq, şəkilli paltar geyinmək, qaşında şəkil olan üzük taxmaq da bu qəbildəndir. Bir daha təkrar edirik ki, sadalanan şərtlərə əməl etmək mütləq mənada vacib deyil, əks halda namaz pozulmaz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
595 543 516 519 602 568

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.