KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 13-07-2023, 15:00

Van Damm"ın gəlini bu işdə işləyəcək

Van Damm"ın gəlini bu işdə işləyəcək
"Van Damm"ın gəlini bu işdə işləyəcək
"Van Damm"ın gəlini bu işdə işləyəcəkHollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə izləyicilərinin suallarını cavablandırıb.

Loading.Az Axşam.az-a istinadən xəbər verir ki, instaqramda canlı yayımda Amerikadakı həyatından danışıb. O bildirib ki, həyat yoldaşı Kristoferlə birlikdə çalışmağa başlayacaq:

"Kristofer filmlərə çəkilməklə yanaşı, rejissorluq edir, direktor kimi fəaliyyət göstərir. Həm də filmlərdə mətnləri yazır. Məni də yanında işə götürüb, ikinci direktor kimi onunla çalışacağam. Kristoferin mənimlə bağlı planları var. Onun əsl peşəsi animasiya filmləri çəkməkdir.

Amma ilk növbədə musiqimi davam etdirəcəyəm. Hazırda dincəlirik, sonra işə başlayacağıq. İstəyirəm Amerikada konsertlər verim. Hələ burada çox adam tanımıram. Çalışacağam musiqi sahəsində insanlar tapım. Vaqif Mustafazadənin əsərlərini səsləndirəcəyim konsert edəcəyəm".

Qeyd edək ki, Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün cütlük uzun müddət ayrı yaşayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 342 415 336 341 349

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.