HASANLY

HASANLY Xəbərlər 17-07-2023, 13:13

Şahdağa qar yağıb

Şahdağa qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-sinə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü keçib.

Xidmətdən verilən xəbərə görə, iyulun 17-si gecə saatlarında Şahdağın 2 800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 34 mm (aylıq normanın 51%-i), Lənkəranda 31 mm (aylıq normanın 223%-i), Xaltanda 30 mm (aylıq normanın 53%-i), Qrızda 26 mm (aylıq normanın 46%-i), Astarada 24 mm (aylıq normanın 72%-i), Qusarda 21 mm (aylıq normanın 70%-i), Qəbələdə 20 mm (aylıq normanın 27%-i), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154%-i), Qobustanda 15 mm (aylıq normanın 92%-i), Şahdağda 19 mm (aylıq normanın 64%-i), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın iki misli qədər) olub.
Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü üç metrə çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 351 349 339 307 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.