ice berg

ice berg Texnologiya 18-07-2023, 10:00

“Apple” yeni çox güclü kompüterlər buraxacaq - vaxtı AÇIQLANDI

“Apple” yeni çox güclü kompüterlər buraxacaq - vaxtı AÇIQLANDI
“Apple” şirkəti inanılmaz dərəcədə güclü Mac kompüterlərini buraxmağa hazırlaşır.

Loading.aZ xəbər verir ki, yeni kompüterlərin 2023-cü ilin payızında satışa çıxarılacağı gözlənilir.

Bununla yanaşı, həmçinin şirkət sentyabrda yeni “iPhone” modellərini buraxacaq və smart saatları yeniləyəcək.

Oktyabrda isə yeni nəsil “Apple Silicon” əsasında kompüterlərin təqdimatı gözlənilir.

Məlumata görə, üç model yeni M3 çipini - iMac 24, MacBook Air 13" və MacBook Pro 13 alacaq. Çox güman ki, dizayn dəyişiklikləri olmayacaq.

Yeni “Mac”ların ayrıca təqdimatda və ya sadə press-reliz formatında təqdim ediləcəyi hələlik dəqiq deyil. Çox güman ki, “Apple” elanın formatı ilə bağlı hələ yekun qərar verməyib.

Xatırladaq ki, 2023-cü ilin əvvəlindən Apple artıq M2 Pro və M2 Max-da yeni MacBook Pro-ları buraxmağa nail olub və mart ayında yeni “sarı” iPhone 14 təqdim edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 457 384 405 414 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.