n2006

n2006 Maraqlı 19-07-2023, 00:56

Qadınların kişilərdən daha çox yaşamasının SƏBƏBİ?

Qadınların kişilərdən daha çox yaşamasının SƏBƏBİ?
Alimlər qadınların kişilərdən daha uzun ömür sürməsinin səbəbini açıqlayıblar.

LoaDinG.Az bildirir ki, Danimarka və Hollandiyadan olan mütəxəssislər qadınların kişilərdən daha çox yaşamasının "əsl səbəbi"nin nə olduğunu öyrəniblər.

Qroningen Universiteti və Cənubi Danimarka Universitetinin mütəxəssislərinin araşdırmasına görə, qadınlar kişilərə nisbətən orta hesabla iki il daha artıq yaşayırlar. "The Conversation"da dərc olunan məqalədə bildirilir ki, alimlər Şimali Amerika, Avropa və Okeaniya adalarında 1950-ci ildən 2015-ci ilə qədər olan dövrdə 50-85 yaş arasında varlı qadın və kişilərin ömrünün uzunluğunu təhlil ediblər.

Məlum olub ki, 1950-ci ildə kişilər qadınlardan 2,5 il, 1980-ci ildə isə 4,5 il daha az yaşayıblar. 2015-ci ilə qədər fərq azalmağa başlayıb və təxminən iki il təşkil edib.

Alimlərin fikrincə, buna səbəb siqaretdir. Mütəxəssislər kişilərin qadınlardan daha tez siqaret çəkməyə başladıqlarını vurğulayaraq qadınların bu zərərli asılılığa aludə olduğu dövrü təhlil edib, siqaretin insan ömrünün uzunluğuna ziyanlı təsirini aşkar ediblər.

Bu gün on illər sonra, siqaretin kişilərə ölümcül təsiri daha az olur, keçmişdə siqaret çəkən yaşlı qadınlara isə daha çox.

Yəni əvvəlcə təkcə kişilər siqaret çəkirdi və onun ziyanlı təsirindən yalnız kişilər ölürdü. Sonra qadınlar da siqaret çəkməyə başladılar və qadınlar arasında da bu səbəbdən ölüm halları qeydə alındı. Yəni ömür uzunluğunda fərqin azalması sırf bundan qaynaqlanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 329 392 401 346 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.