Keçir
Heç vaxt atmadığım bir güllə dönüb
bu gün ürəyimin başından keçir...
İlahi, bu necə sevgidi, hər gün
bir qız bu sevgiyçün başından keçir...
Gülə bilməyirəm gül dediyimlə,
Ölə bilməyirəm öl dediyimlə,
Yaşaya-yaşaya sevmədiyimlə
bir qəbir özünün daşından keçir...
Tutduqca gözümü saçımdakı dən,
Kəsdikcə önümü ovcumdakı çən,
Ruhum çırmalanıb dizlərinəcən,
o qızın gözünün yaşından keçir...
bu gün ürəyimin başından keçir...
İlahi, bu necə sevgidi, hər gün
bir qız bu sevgiyçün başından keçir...
Gülə bilməyirəm gül dediyimlə,
Ölə bilməyirəm öl dediyimlə,
Yaşaya-yaşaya sevmədiyimlə
bir qəbir özünün daşından keçir...
Tutduqca gözümü saçımdakı dən,
Kəsdikcə önümü ovcumdakı çən,
Ruhum çırmalanıb dizlərinəcən,
o qızın gözünün yaşından keçir...







