ice berg

ice berg Sağlamlıq 21-07-2023, 08:00

Bu dərman Alzheimer xəstəliyinin sürətlənməsini ləngidir

Bu dərman Alzheimer xəstəliyinin sürətlənməsini ləngidir
Elmi təcrübələr sübut edib ki, “Donanemab” adlı dərman Alzheimer xəstəliyinin gedişatını 30 faiz ləngidir.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, “Donanemab” dərmanı Alzheimer xəstəliyinin ilk mərhələlərində təsirli olan bir antikor müalicəsidir. Bununla belə, dərman damar demansı kimi müxtəlif növ demanslarla mübarizədə təsirli deyil. “Donanemab” Alzheimer xəstələrinin beyinlərində əmələ gələn "beta amiloid" adlı yapışqan maddəni təmizləmək üçün nəzərdə tutulub.

Amiloid beyindəki neyronlar arasında yığılan bir proteindir. Bu zülallar beyində lövhə əmələ gətirir. Bu dərmanlar Alzheimerin müalicəsi üçün çox perspektivli olsa da, bəzi riskləri də daşıyır. Müalicənin ən çox görülən yan təsiri, üçdə bir nisbəti ilə beyində şişkinlikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 400 344 333 319 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.