ice berg

ice berg Programlar 21-07-2023, 19:00

“WhatsApp” Android saatlarına gəldi

“WhatsApp” Android saatlarına gəldi
“WhatsApp” tətbiqi “Wear OS 3” və daha yuxarı olan bütün Android saatlarında quraşdırıla biləcək.

Loading.aZ xəbər verir ki, “WhatsApp”ın ağıllı saatlar üçün optimallaşdırılmış versiyası mövcud idi.

Ötən aylarda keçirilən Google I/O 2023 tədbirlərində Android əməliyyat sistemli ağıllı saatlar üçün WhatsApp tətbiqinin gələcəyi açıqlanıb.

ABŞ-ın texnoloji şirkəti “Meta”, “Wear OS 3” smart saatınız olması şərti ilə “WhatsApp”ın bu gündən etibarən rəsmi olaraq saatlarda aktiv olacağı bildirilib.

“WhatsApp smartwatch” proqramı nə təklif edir?

Tətbiqə baxdığımızda çox sadə dizayna sahib olduğunu görürük. “WhatsApp” istifadəçilərə saatdan yeni söhbətlərə başlamaq, mesajlara cavab vermək və zənglərə cavab vermək imkanı verir.

Bundan əlavə, istifadəçilər daxil olan mesajlara səsli mesajlar, emojilər, adi mətn və sürətli cavablarla cavab verə biləcəklər.

Əslində bu əvvəl də mövcud idi. Ancaq indi bunun üçün telefona ehtiyac yoxdur.

“LTE” ilə “Wear OS 3” saatınız varsa, yaxınlıqda telefonunuza ehtiyac duymadan “WhatsApp” proqramından istifadə edə biləcəksiniz.

Qeyd edək ki, icmalar və videozəng kimi kamera tələb edən geniş miqyaslı funksiyalar “WhatsApp”ın ağıllı saat versiyasında mövcud olmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 429 424 457 461 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.