ice berg

ice berg Kişilər 22-07-2023, 09:00

Kişi niyə uşağı olsun istəyir?

Kişi niyə uşağı olsun istəyir?
Əlbəttə, müxtəlif səbəblər var ki, öz kişiliyini cəmiyyətdə təsdiq etmək, status sahibi olmaq, özünü çoxaltmaq, kopyalamaq, oğlan uşağı "ailə çəpəri"dir, dayaqdır, falan-filan.

Məncə, bunun iki psixoloji səbəbi var:

- Kişi daha çox bioloji heyvan olduğundan, daim seks maniyası altında həyatı keçdiyindən bir insan olaraq, mənəvi bir şeyə ehtiyac duyur. Bu, övladdır ki, uşaq kişi xeylağında mənəviyyat yaradır, seksual hissini azaldır, məsuliyyətli adama çevirir.

- Uşaq, bir də kişiyə ona görə lazımdır ki, qadını itaətdə, özünə bağlı saxlasın. Qadın üçün uşaq hər şey olduğundan, kişi qadını ailəyə və özünə daha çox bağlamaq üçün uşaq istəyir. Bilir ki, uşaq ailə bağlarını möhkəmləndirir. Qadının zəif yeridir. Hardasa kişiyə görə, uşaq qadın üçün tələdir.

P.S. Bir də ki, uşağın mövcudluğu da xəyanətə əngəl deyil. Kişi üçün başqa qadın həmişə var, xəyanət etməyən kişi demək olar ki, yoxdur, ən yaxşıları belə, bir gün xəyanət edir. Amma qadın xəyanəti məsələsi belədir ki, əgər bir qadında qadınlıq hissləri analıq hisslərindən güclüdürsə, o xəyanət edir. Əgər analıq hissi qadınlıq duyğularından güclüdürsə, ona xəyanət edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 476 433 418 539 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.