ice berg

ice berg İdman 23-07-2023, 09:00

"Rakuv"un futbolçusu: "Qarabağ" keçilməz rəqib deyil"

"Rakuv"un futbolçusu: "Qarabağ" keçilməz rəqib deyil"
"Qarabağ" keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq".

"Loading.aZ'məlumatına görə, bunu Polşanın "Rakuv" klubunun futbolçusu Marçin Çebula UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunlar barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib: "Qışda "Qarabağ"la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq".

Qeyd edək ki, "Qarabağ"la "Rakuv" arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
398 361 383 378 379 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.