ice berg

ice berg Məsləhətlər 25-07-2023, 14:00

Günəş yanığı ilə necə mübarizə apara bilərik?

Günəş yanığı ilə necə mübarizə apara bilərik?
Yay aylarının qaçılmaz problemlərindən biri də günəş yanığıdır. Əsasən dənizə gedənlər bu problemdən çox əziyyət çəkir. Təbii ki, bu düzgün saat seçimi və dərimizə tətbiq etdiyimiz kremlərdən asılıdır. Bəs, bu yanıqlar ilə necə mübarizə aparmaq olar?

Loading.aZ xəbər verir ki, günəş yanığı dərinizin qurumasına və gərilməsinə, qaşınmaya səbəb olur. İnsanların çox bu vaxt dərhal yanıq hissələrə qatıq sürtməyə üstünlük verir. Ancaq təəssüf ki, bu belə deyil. Qatıq dəriniz sərinlədə və sizi rahatlatsa da, bir qədər sonra onu daha da gərir və yanmağı artırır.

Odur ki, mümkünsə tərkibində aloe vera, soya olan dəriyə qulluq kremlərindən istifadə etmək dərinizə daha yaxşı təsir edəcək. Yanığın dərəcəsindən asılı olaraq, dermatoloqun müayinəsindən sonra məlhəm müalicəsi də lazım ola bilər.

Bir dəfə yanmışam, bir daha bu qədər yanmayacağımı düşünməyin. Günəş işığına məruz qaldığınız müddətcə günəş sizi yandırmağa davam edəcək. Tərkibində yüksək SPF olan kremlərdən istifadə etməyi laqeyd yanaşmayın. Mütləq yay aylarında çantanızda SPF kremləri olsun. Yalnız hovuzda və çimərlikdə deyil, həm də gündəlik həyatınızda da bu kremləri dərinizə tətbiq etməyi unutmayın.

Dərinizin balanslı olduğunu gördüyünüz zaman artıq ölü dərinizdən qurtulmağın zamanıdır. Dərinizi aşındıraraq, sizi narahat edən ölü dərini bədəninizdən çıxarın. Beləliklə, nəfəs alan, canlı və təravətli dəriyə sahib olacaqsınız.

Günəş D vitamininin udulmasını təmin edərkən, dərinin elastikliyini təmin edən A vitaminini öldürür. Bu səbəbdən tərkibində A vitamini və E vitamini olan kremlərdən istifadə etmək məsləhətdir. Kollagen istehsalını sürətləndirən kremlərlə dərinizi yeniləyə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 410 411 404 425 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.