ice berg

ice berg Sağlamlıq 28-07-2023, 08:00

Bu qidaları qaynatmaq və ya qızartmaq olmaz, niyə? - CAVAB

Bu qidaları qaynatmaq və ya qızartmaq olmaz, niyə? - CAVAB
Bəzi ərzaq məhsulları yalnız çiy halda insana faydalıdır.

Bir çox bitki mənşəli məhsullar bişirildikdə və ya qızardıldığında qiymətli maddələrinin bir hissəsini itirir.

Loading.aZ xarici mediaya istinadən çiy halda yeyilməli olan tərəvəz bitkiləri barədə məlumat verir.

Pomidoru bişirdikdə onun tərkibindəki sink və maqnezumun tərkibi dəyişir, faydalı olmur.

Bolqar bibəri C vitamini ilə zəngindir. Istilik dəyən kimi bu vitamin keyfiyyətini itirir. Odur ki, bibəri çiy yeyin.

Sarımsaq C, PP və B qrupu vitaminləri və kolinlə zəngindir. Sarımsaq müxtəlif viruslarla mübarizədə çox təsirli vasitə hesab olunur. Ancaq yalnız çiy şəkildə yeyilərsə ondan faydalanmaq olar.

Çuğundur orqanizm üçün çox faydalı olan fol turşusu mənbəyidir. Bu tərəvəzi uzun müddət bişirirsinizsə, bu maddənin təxminən 30% -ni itirir.

Brokolinin tərkibində C, PP və B qrupu vitaminləri var, onu ancaq çiy istifadə etmək lazımdır. Başqa yeməklərə qatacaqsınızsa, onu son 5 dəqiqədə əlavə edin ki, tərkibini itirməsin.

Zəncəfil A, C, B1, B2 vitaminləri ilə zəngindir. Onu çiy halda sürtkəcdən keçirərək istifadə etsəniz bişirməyə ehtiyac qalmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 385 377 384 405 379

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.