Qətərdəki sərgiyə yalnız premium avtomobillər çıxarılacaq
Payızda Qətərdə keçiriləcək Cenevrə avtosalonunda iştirakla bağlı bəzi detallar məlum olub.
Loading.aZ'ın xəbərinə görə, yalnız bu il istisna hal kimi Cenevrə avtosalonu Alp ölkəsində deyil, Qətərdə keçiriləcək. Bu ölkədəki bütün avtomobil sərgilərindəki kimi ekspozisiyaya yalnız premium modellər çıxarılacaq.
30 avtomobil istehsalçısının iştirak edəcəyi sərgidə 10 avtomobilin premyerası gözlənilir.
5-14 oktyabrda keçiriləcək sərgi ziyarətçilər ümün oktyabrın 7-də açılacaq. Sərgi daha bir tədbirlə üst-üstə düşür. 6-8 oktyabr tarixlərində Qətər Formula-1ə ev sahibliyi edəcək.
Lakin nə sərgi, nə də F-1 üçün bilet qiymətləri müəyyən edilməyib.